Belarusdan yeni Lapşin AÇIQLAMASI

Belarusdan yeni Lapşin AÇIQLAMASI
"Belarus Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirdi”.

Publika.az "BELTA”-ya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Dmitri Mironçik deyib.

Onun sözlərinə görə, ekstradisiya hüquqi müstəvidə olan xüsusi məsələdir.
"Biz hüquqi köməyi göstərilməsi üzrə beynəlxalq müqavilələrdəki öhdəliklərimizi yerinə yetirdik. Müqavilələrə riayət edilməlidir”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edən bloger Aleksandr Lapşin fevralın 7-də Bakıya ekstradisiya olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az