“Belə çıxır ki, 100 min adam valyuta dəyişmək üçün sıra gözləyəcək”

“Belə çıxır ki, 100 min adam valyuta dəyişmək üçün sıra gözləyəcək”
"Bank kreditləri kiçik və orta sahibkarlıqla məşğul olmağa imkan vermir”.

"Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.​

"Çünki kreditlərin faizi buna imkan vermir. Kreditlərin faizləri aşağı salınsın və müddəti uzadılsın ki, insanlar sahibkarlıqla məşğul olsun.

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə 207 bank fəaliyyət göstərirdi, indi Mərkəzi Bankdan başqa 22 bank işləyir. Yeni bankların, o cümlədən regional, xarici ölkələrlə birgə bankların açılması vacibdir.

COP29 tədbirinə görə, Azərbaycana 100 min adam gələcək. Ölkədə isə 60-70 valyutadəyişmə məntəqəsi var. Belə çıxır ki, 100 min adam valyutanı dəyişmək üçün sıraya düzülüb gözləyəcək. Bu məntəqələrin sayı artırılmalıdır”, - deyə S.Novruzov əlavə edib.

***

Millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, Azərbaycanda insanların banklara olan inamı itib.

"Azərbaycanda banklar bağlanır. Buna görə də insanların banklara olan inamı itir. İnsanlar külli miqdarda vəsaiti evində saxlayır. Mərkəzi Bank bu istiqamətdə konkret addımlar atmalıdır. İnsanların banklara olan inamı bərpa edilməlidir”, - deputat qeyd edib.
 
 ****
 

Komitə sədrindən ETİRAZ: Bu kreditlər sahibkarlara sərf etmir!
"Bank tərəfindən verilən kreditlər orta və kiçik sahibkarlara sərf etmir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

"Kredit faizləri aşağı salınmalıdır.Kreditlər faizləri aşağı salınmalıdır ki, sahibkarlar yeni obyektlər aça bilsin, güzəştlərdən yararlana bilsin.  Digər bir tərəfdən ölkədə 22 bank fəaliyyət göstərir, amma bunların sayı azdır. Ölkədə regional və beynəlxalq bankar açılmalıdır”. 

Deputat həmçinin bankların aztəminatlı ailələrin uşaqlarının təhsil haqlarının ödənilməsinə nəzər yetirib:

"Biz bilirik ki, bankların çoxu şəhid və qazi ailələrinin borclarını siliblər, ona görə də təşəkkür edirik. Amma aztəminatlı ailələrin təhsil haqlarını ödənilməsi məsələsi də gündəmdə olmalıdır. Bankların hər biri ən azı 10 aztəminatlı ailənin təhsil haqlarını öz üzərinə götürə bilər. Bununla bağlı dünyada hər bir ölkədə təcrübələr var”.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az