"Belə davam etsə adlar çəkəcəm"
Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev qətlə yetirilən jurnalist Rasim Əliyevin ölmünə münasibət bildirib.
Vətəninfo.az Moderator.az-a istinadla xəbər verir ki, Partiya sədrinin sözlərinə görə, hadisədə daha böyük qüvvələrin əli var:
"Jurnalistin
ölümünü bizim partiya kəskin şəkildə pisləyər, bu Azərbaycan üçün
utancverici bir haldır. Hadisəni prezidentin islahatlarına kölgə salmaq
istəyən qüvvələr törədib, bu gün kimlərsə Azərbaycanı qana sürükləmək
istəyir. Baş vermiş hadisə Azərbaycanda xaos yaratmaq istəyən xarici və
daxili düşmənlər üçün bir pas oldu. Onlar da bundan istifadə edərək
qarşıdırma yaratmaq istəyəcəklər. Bu hadisəni ölkə daxilində olan
prezidentə xəyanət edən şəxslər təşkil edib. Hələ ki, istintaq gedir
deyə mən ad çəkmək istəmirəm amma belə davam edəcəksə mən prezidentin
ətrafında olub, amma ona xəyanət edən şəxslərin adını çəkəcəm.”