Belqorodda nə baş verir... - Ziddiyyətli açıqlamalar

Belqorodda nə baş verir... - Ziddiyyətli açıqlamalar
Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna ordusunun "təxribat qrupu"nun ölkə ərazisinə hücum etdiyini iddia edib.

 

Modern.az xəbər verir ki, bu barədə Qladkov özünün "Telegram" kanalında yazıb.

 

Onun sözlərinə görə, "təxribat qrupu" Ukrayna ilə həmsərhəd olan Qrayvoron rayonuna daxil olub. Qladkov bildirib ki, Rusiya ordusu, sərhədçiləri, "Rosqvardiya"çılar və Federal Təhülkəsizlik Xidməti müdaxiləni dəf etmək üçün tədbirlər görür.

 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinə müdaxilə barədə məlumat verildiyini və "diversiyaçıların" çıxarılması üçün əməliyyat aparıldığını bildirib.

 

Rusiya hakimiyyətinə bağlı "Baza" teleqram kanalı Ukraynaya məxsus olduğu iddia edilən zirehli maşının Qrayvoron sərhəd-keçid məntəqəsindən daxil olduğunu əks etdirən kadrlar dərc edib. "Open Belqorod” kanalı isə bir neçə kənddə elektrik və suyun kəsildiyini iddia edib.

 

Ukrayna mediası ölkənin hərbi kəşfiyyatın sözçüsü Andriy Yusova istinadən bildirib ki, hücumun arxasında Rusiya vətəndaşlarından ibarət "Rusiya Azadlığı” legionu və Rusiya Könüllülər Korpusu dayanır.

 

Rusiya daxilində hücumlar planlaşdırdığını iddia edən və özünü "Rusiyanın Azadlığı Legionu” adlandıran qrup "Twitter"də sərhəddəki Kozinka qəsəbəsini "tamamilə azad etdiklərini” və Qrayvoron rayon mərkəzinə çatdıqlarını bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az