Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb

Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb
İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb.

Miq.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, onu həyat yoldaşı Sara Netanyahu müşayiət edir.

Səfəri zamanı B. Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüşdə regional, habelə iqtisadi, təhlükəsizlik və diplomatik məsələlər müzakirə ediləcək.

Sonra iki ölkə arasında standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşma imzalanacaq. İsrail tərəfindən sənədə ətraf mühitin mühafizəsi, Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin imza atacaq.

İsrail baş naziri Şəhidlər Xiyabanını ziyarət edəcək və memorial kompleksə əklil qoyacaq.

B. Netanyahu Azərbaycan təhsil naziri Mikayıl Cabbarovla birlikdə "Or avner” təhsil kompleksinə baş çəkəcək və yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

Səfər bir gün davam edəcək. B. Netanyahu Bakıdan Qazaxıstana yola düşəcək
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az