Bərdədə DƏHŞƏT: Toya gedən uşaqlar boğulub öldülər

Bərdədə DƏHŞƏT: Toya gedən uşaqlar boğulub öldülər

Bərdədə iki azyaşlı uşaq çayda boğularaq ölüb.
 
Trend-in yerli bürosu xəbər verir ki, hadisə Bərdə şəhərində baş verib.
 
2012-ci il təvəllüdlü Qurbanov İbrahim Zöhrab oğlu və 2014-cü il təvəllüdlü Qurbanov Allahverdi Vasif oğlu Tərtər çayına düşərək boğulublar. Hər iki uşaq sudan çıxarılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
 
Şahidlərin dediyinə görə, uşaqlar valideynləri ilə birlikdə çay sahilində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasiminə gediblərmiş.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az