Bərdədə elektrik xətlərindən ölüm qoxusu gəlir
Regionların
problemleri başından aşır. Bərbad vəziyyətdə olan yollar, əkin sahələrinin
suvarılması, Elektrik xəttlərinin qəzalı vəziyyətdə olması və.s. Gözdən uzaqdı
deyə cavabdeh məmurlar daşı daş üstə atmağa, ya çöpü çöp üstə qoymağa nə həvəs göstərirlər nə
də təşəbbüs. Burda "Dərə xəlvət, tülkü bəy!" prinsipi işləyir.
Problemli insanların müraciətlərinə cavab vermirlər, versələr də nazsız olmur.Yəni
ki, verdikləri cavab problemləri həll eləməyə kömək eləmir.
Bir müddət öncə
Miq.az-da Bərdə rayonunun Mehdili kənd İnzibati Ərazi Vahidinə daxil olan Qaradəmiçi
kənd sakinlərinin əkin sahələrini suvara bilmədiklərinə və ərazidə
suvarmadakı özbaşınalıqlarla bağlı yazı gedib. Yazıda kənd sakinlərinin Bərdə Suvarma Sistemləri
İdarəsinin ünvanına qanunsuz əməllərə görə ciddi ittihamlar səsləndirilib. Mellorasiya
və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadəni də
məktub yazaraq məsələylə bağlı məlumatlandırıblar.Yerdə
ki işçilərinin özbaşınalıqlarından baş mellioratorun diqqətini çəkmək üçün
yazıya başlıq " Xəbər Ə.Əhmədzadəyə çatsa..." qoymuşduq. Nə yazıq ki,
adı çəkilən baş qurumdan gəlib , nə camaatdan şikayəti araşdıran oldu, nə də ki
kimsədən söz soruşan. Poçtla Ə.Əhmədzadəyə göndərilən məktuba da cavab gəlmədi.Vətəndaşların
müraciətlərinə cavab verilməsi haqqında qanun var. Müraciətlərə ya hə, ya yox.
Cavab verilməlidir. Qanun məmurlara istənilən halda cavab yazmamağı qadağan
edir. Deyək ki, xəbər Əhməd Əhmədzadəyə çatmayıb, ona görədə yerdəkilər
bildiyin edir. Bəs baş idarəyə yazılan məktuba cavab vermirlərsə buna nə ad
vermək olar.Ümummilli lider,prezidentimiz H.Əliyevin imzaladığı qanuna əməl etməməklə
məmurlar bu cürəti hardan alırlar.Xülasə xəbər Ə.Əhmədzadəyə çatmadı.
Amma Qaradəmirçi
kəndinin sakinlərindən yenə xəbər var. Kəndin elektrik xətləri bərbad gündədir.
Gah ot maşını yanır,gah maşın elektrik xəttinə ilişib , dirəyi aşırır, gah adam
ölümü baş verir. Kənd sakini İsrafil Paşayev haqlı olaraq narahat olub, həyəcan
təbili çalır.Azərişıq ASC-nin sədri B.H.Rzayevə məktub yazaraq məlumat verib.
Məktubda
deyilir: Bildirirəm
ki, Bərdə rayon Mehdili Ərazi Vahidinin Qaradəmirçi kəndində işıq xəttləri
sarıdan vəziyyət çox acınacaqlıdır.
Belə ki, elektrik xətləri ağacların arasından
keçir. Bir az külək olan kimi işıqlar sönür.Günlərlə yanmır. Elektrik xətlərinin
çoxu yerdən bir-iki metr hündürlüyə qədər aşağı yenib. Mən şəxsən bizim kəndə
baxan Bəcirəvan yarımstansiyasının
müdirinə şifahi olaraq müraciət etmişəm.Lakin, heç bir tədbir görmür. Bununla əlaqədar
Bərdə Elektrik Şəbəkəsinin müdirinə məktubla müraciət etmişəm.( 08.09.2013).Yenə
də heç bir xəbər- ətər yoxdur. Mənim evimə gedən Elektrik xətti qaz borusunun
üzərinə yenib.Elektrik naqilinə toxunmağına təxminən 15-20 sm qalıb. Bunun nə qədər
təhlükəli olduğu yəqin ki, Sizə də aydın olar. Yəqin ki, belə təhlükə yaradan xətlərə
biganə olan və yarıtmaz işçilər haqqında tədbir görəcəksiniz. Yəqin ki, bizim kəndimizdə
olan bu acınacaqlı və təhlükə yaradan elektrik xətləri təcili düzələcək. Bununla
da törənə biləcək hər hansı bədbəxt hadisənin qarşısı alınacaq.
Qeyd edirəm ki, elektrik xəttinin aşağı olması səbəbindən
ot aparan maşın , otla birlikdə tamamilə yanıb kül olması faktı olub. Dəfələrlə
yük avtomaşınları elektrik xətlərini qırıb,kənd sakinləri işıqsız qalıb.
Yaxınlarda transformatorda elektrik ayrıcının olmaması səbəbindən adam
ölməsi faktı olub. Bu hadisədən sonrada
tədbir görülmür.Ən acınacaqlısı da budur.
Bildirirəm ki, cavabdeh şəxslərin bəziləri demək olar ki, hər gün bu kənddən
keçirlər. Belə adamları necə adlandırmaq olar, Siz deyin.
Sizdən çox xahiş edirəm ki, bizim bu kənddə olan
acınacaqlı vəziyyətin aradan qaldırılması üçün sərəncam verəsiniz.
Belə.Daha yazımıza ötən dəfəki kimi başlıq "xəbər B.H.Rzayevə çatsa"
qoymuruq. Çatsada çatmasada yazdıq.Oxuyanlar oxusun.Oxumayanlara da
danışsınlar.Bəlkə məsuliyyətsiz, laqeyd məmurların xəlvət bildiyi yerlərdə elədiklərinə
görə tədbir görülə.