Beyləqanda 15 yaşlı qız ərə verilib? - DİN

 Beyləqanda 15 yaşlı qız ərə verilib? - DİN
Beyləqan rayonunda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan iddialar Rayon Polis Şöbəsində araşdırılıb.

Miq.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

O qeyd edib ki, həmin qız 17 yaşını tamamladığına görə, məsələ ilə əlaqədar qanunla nəzərdə tutulmuş - inzibati və cinayət məsuliyyəti yaranmayıb.

"Hazırda polis əməkdaşları tərəfindən valideynlərlə profilaktiki söhbətlər aparılır", - DİN rəsmisi vurğulayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az