Biləsuvarda yol qəzası: Ölən və yaralananlar var

Biləsuvarda yol qəzası: Ölən və yaralananlar var

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Miq.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə aprelin 27-si saat 11 radələrində rayonun Arazbari kəndi ərazisində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini A.Qəhrəmanov idarə etdiyi "Hyundai” markalı avtomobili qarşıda gedən Cəbrayıl rayon sakini V.Yunusovun idarə etdiyi "Mercedes” markalı avtomobilə vurub. Nəticədə hər iki sürücü və V.Yunusovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sürəyya Hüseynova ölüb.

Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az