Bill Qeyts pandemiyanın bitəcəyi tarixi açıqladı - Şok proqnoz

Bill Qeyts pandemiyanın bitəcəyi tarixi açıqladı - Şok proqnoz

"Microsoft”un qurucusu, milyonçu Bill Qeyts koronavirus pandemiyasının bitmə vaxtı ilə bağlı proqnozunu açıqlayıb.

Miq.Az xəbər verir ki, Bill Qeytsin fikrincə, dünya 2022-ci ilin sonunadək normal vəziyyətə qayıda bilər.

Qatıldığı televiziya proqramında sualları cavablayan Qeyts pandemiyanın səbəb olduğu inanılmaz faciəninin sona çatmasına kömək edəcəyini də vurğulayıb: "Biz 2022-ci ilin sonunda tamamilə normala dönmüş olmalıyıq"

Qeyd edək ki, Qeyts 2015-ci ildə verdiyi açıqlamada yer üzündə sürətlə yayılan bir virusun milyonlarla insanın ölümünə səbəb olacağını demişdi.

Bill Qeyts və həyat yoldaşı Melinda Qeytsin adını daşıyan "Bill & Melinda Qeyts" vəqfi vasitəsilə COVID-19 epidemiyası ilə qlobal səviyyədə mübarizəni dəstəkləmək üçün ən az 1,75 milyard dollar vəd edib. Bu vəsaitə bəzi peyvənd istehsalçılarının, diaqnozların və potensial müalicələrin dəstəklənməsi daxildir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az