Binəli Yıldırımın Qarabağda qəzaya düşməsinin səbəbi bilindi - DETALLAR

Binəli Yıldırımın Qarabağda qəzaya düşməsinin səbəbi bilindi - DETALLAR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bir günlük səfər proqramı çərçivəsində Qarabağda olan AKP sədrinin müavini, sabiq Baş nazir Binəli Yıldırımın yol qəzasına düşməsi ilə bağlı bəzi detallar üzə çıxıb.
Bakupost.az Türkiyə mediasına istinadən bildirir ki, Binəli Yıldırım Zəngilan Hava Limanına gedərkən yol qəzası keçirib. Qəzaya maşının ön təkərinin partlaması səbəb olub. Hadisə nəticəsində Binəli Yıldırımla yanaşı, avtomobildə olan millət vəkili Şamil Ayrım da yüngül xəsarət alıb.
Konvoydakı digər şəxslər onları avtomobildən çıxarıblar. Prezidentin sağlamlıq qrupu tərəfindən onlara ilk yardım edilib.
Səhhətləri yaxşı olan Binəli Yıldırım və Şamil Ayrım helikopterlə Bakıdakı xəstəxanaya aparılıb. Nəzarət məqsədilə onları həkimlər qrupları müşayiət edib.
Prezident Ərdoğanın da Binəli Yıldırımın sağlamlıq durumunu yaxından izlədiyi qeyd olunur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az