"Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Bir Uşaq – Bir Dünya” adlı layihə çərçivəsində növbəti tədbirini Tərtərdə keçirib.
Miq.az xəbər verir ki, layihə rəhbəri Anar Yusifzadə Kürdəmirdə baş verən hadisədən sonra tədbirin keçirilməsinin aktual olduğunu bildirib.
Tədbir zamanı ailədaxili münasibətlər, uşaqların bu münasibətlərdən ziyan çəkməsi, psixoloji amillər, dövlətin atdığı addımlar və digər məsələlər diqqət mərkəzində olub.
”Bir Uşaq – Bir Dünya” adlı layihə çərçivəsindəki tədbirdə millət vəkili Çingiz Qənizadə, politoloq Arzu Nağıyev, Elçin Mirzəbəyli, Azər Həsrət, Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli, hərbi ekspert İbrahim Rüstəmov, QHT sədrləri, media rəhbərləri və jurnalistlər iştirak edib.
Bundan əlavə tədbirdə Ombudsman aparatının təmsilçiləri və Daxili İşlər Nazirliyinin əməkdaşı uşaq problemlərindən danışıb, şikayətlər və görülən tədbirləri açıqlayıblar.
Çıxışçılar hazırda ölkədəki uşaq problemlərini və həlli yollarını müzakirə ediblər.

“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür