“BİRDƏFƏLİK DEDİM, SAĞOLUN!” - Abutalıbov üzə çıxdı və qaçdı... + VİDEO

“BİRDƏFƏLİK DEDİM, SAĞOLUN!” - Abutalıbov üzə çıxdı və qaçdı... + VİDEO

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov uzun fasilədən sonra kameralara yaxalanıb. 

"AzPolitika.info” xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasına qatılan Abutalıbovun sürətlə avtomobilinə doğru irəlilədiyinin videogörüntüsü yayımlanıb. Kadrlardan sabiq merin şux və sağlam olduğu diqqət çəkir. Hətta olduqca sürətlə getdiyindən gənc jurnalistlər ona çatmaqda çətinlik çəkiblər.


H.Abutalıbov "hazırda nə işlə məşğulsunuz” sualına cavab vermək istəməyib. Yalnız "bir dəfəlik dedim, sağolun!” deyərək, kameralardan uzaqlaşıb. Bununla Abutalıbovun nə demək istədiyi isə qaranlıq qalıb...

Qeyd edək ki, Bakıda və xüsusilə də Suraxanı rayonu ərazisində çoxsaylı villa və mənzilləri olan Abutalıbovun hazırda vaxtının böyük hissəsini ölkənin dilbər guşələrindən birindəki villasında "halal pensiyası” ilə dincəldiyi bildirilir.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az