"Biz Dağlıq Qarabağdakı vəziyyətdən narahatıq"

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək".
 
Miq.az xəbər verir ki, APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib. O bildirib ki, Ermənistan və Azərbaycan regionda sülh prosesinin bərpa olunmasında məsuliyyətlərini anlamalıdırlar: "Biz Dağlıq Qarabağdakı vəziyyətdən narahatıq. Məlumat alan kimi, dərhal hər iki tərəfin döyüş və hərbi əməliyyatları dayandırmasının vacibliyi barədə bəyanatlar verildi”.
 
V. Matviyenko qeyd edib ki, Rusiya hər zaman münaqişənin sülh yolu ilə həllinə tərəfdar çıxıb və münaqişəsinin güc yolu ilə həlli yoxdur.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az