Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun qəbrini ziyarət edənlərin ardı-arası kəsilmir. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, şəhidin qəbrini ziyarət edənlər arasında tanınmış siyasətçilər, elm və incəsənət adamları da var.
Həmçinin bu gün ziyarətçilər arasında Müdafiə Nazirliyinin hərbçiləri də olub. Bundan başqa, Milli Qəhrəmanın məzarı başına gələnlər arasında ANS TV-nin əməkdaşları da olub. ANS-in tanınmış aparıcısı Xoşqədəm Hidayətqızı ANS PRESS-ə açıqlamasında Mübariz İbrahimovun xalqın ürəyindən heç vaxt silinməyəcəyini bildirib.
“Biz vətən uğrunda canını qurban vermiş övladlarımız unutmamalıyıq. Onların doğum günlərini, ölüm günlərini xatırlamalıyıq. Bizim borcumuzdur ki, onların məzarlarını ziyarət edib, onların ruhlarını şad edək. Mübariz bu vətən uğrunda şəhid olub və Qarabağda itirdiyimiz insanlardan çoxunun qisasını alıb. Mübariz hamımızın qardaşıdır və mən fəxr edirəm ki, vətənimin Mübariz kimi oğulları var. Allah rəhmət eləsin!”, - deyə Xoşqədəm Hidayətqızı bildirib.
Qeyd edək ki, Azərbaycan Milli Ordusunun giziri Mübariz İbrahimov 2010-cu ildə Tərtərin Çaylı kəndində torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı və ANS Şirkətlər Qrupu tərəfindən Azərbaycanda “İlin adamı” (2010) adı verilib.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto