
"Mən nə deyim?! Adamlar ki, deyir, "mənim Ukraynada bizneslərim var", Allah onların ağzından eşitsin! Əlbəttə, olsaydı, çox sevinərdim. Ukraynada olan yeganə biznesim odur ki, Kiyev Milli Universitetinin professoruyam. Orada dərs deyirəm. İndi bilmirəm, bu biznes sayılır ya yox, amma bununla fəxr edirəm. Ümumiyyətlə, nə orada, nə də burada biznesim yoxdur. Mən aliməm. Düzdür, uzun illər uğurlu biznesmen olmuşam, yaxşı layihələr həyata keçirmişəm. Amma bu gün siyasətlə, elmlə bağlı verilişlər hazırlayıram. Hətta indi də iki xüsusi proqramım var: biri "Sahibkar saatı", biri də "Dünya iqtisadiyyatı"dır. Bu, mənim gündəlik məşğul olduğum işlərdir. Bir daha təşəkkür edirəm ki, mənə belə xoş arzular, xoş fikirlər söyləyiblər. Allah ağızlarından eşitsin".
Millət vəkili Elman Nəsirov isə onun biznesini tapanları mükafatlandıracağı ilə bağlı söz verib:

"Doğurdan da, mənim kənd təsərrüfatı sahəsində biznesim varsa və bu bir həqiqətdirsə, sübut etsinlər. Əgər əllərində bunu sübut edən faktlar varsa, ortaya çıxarsın, mən o biznesi notariusla həmin şəxsə verəcəm. Kimin belə iddiası varsa, sübuta yetirsin. Bu olmayacaqsa, həmin adamın heç insanlıqda adı yoxdur. Qeyd edim ki, Azərbaycan Respublikasının qanuna görə, deputatın heç bir biznesi ola bilməz!"
Deputat Tahir Rzayev da istəyən şəxslərin onun "biznes"lərini götürə biləcəyini qeyd edib:

"Ömrüm boyu biznes fəaliyyəti ilə məşğul olmamışam. Bu gün də məşğul deyiləm. Çox təəssüflər olsun ki, bir neçə dəfə səsləndiriblər ki, guya mənim Mərkəzi Univermaqda qızıl satışı qəbulu məntəqələrim var. Bu, heç bir reallığa əsaslanmır. Yazırlar, qoy yazsınlar. Əgər doğurdan da, o məntəqənin mənim olduğunu təsdiq edəcək faktı varsa, oranı həmin adama hədiyyə edəcəm. Gedib o obyektləri götürə bilər. Ümumiyyətlə, biznesim yoxdur, olmayıb və bundan sonra da olmayacaq!"
Parlament üzvü Fəzail Ağamalı isə övladlarının kiçik biznesə sahib olduqlarını təsdiqləyib:

"Seçkilər dövründə biznesimin olmasıyla bağlı xəbərlər səsləndirildi. Təbii ki, bütün bu xəbərlər feyk idi. Bu xəbərlər də bizi istəməyənlər tərəfindən yayılırdı. Getsinlər, bizneslərimi tapsınlar. Tapanlara hamısını qurban edirəm. Yəni, harada Fəzail Ağamalının biznesi varsa, oranı göstərsin. Amma övladlarımın kiçik biznesləri var. Çünki onlar iş adamlarıdır. Ailəsini dolandırmaq üçün kimsə nəsə etməlidir. Yəni kimi bizneslə məşğul olur, kimi də ailəsini dolandırmaq üçün dövlət qurumunda fəaliyyət göstərir. Əgər qanun çərçivəsində hər şey varsa, burada nə irad ola bilər?! Amma tam səmimi deyirəm ki, Fəzail Ağamalının adına hər hansı bir biznes yoxdur! Bu qanunla da qadağan olunub. Biz millət vəkilləri bizneslə məşğul olmalı deyilik. Başqa adamların nə işinə, nə həyatına, nə fəaliyyətinə qarışmaq niyyətində də olmamışam. Bu, mənim əxlaqıma da, xasiyyətimə də, bütün dünyagörüşümə də ziddir".
Qeyd edək ki, bəzi deputatlarsa bu sualı cavablamaqdan imtina etdilər.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ