Blinken Bakı-İrəvan sülhü üçün çalışır – Paşinyan iddiasından əl çəksə...
ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün İrəvana təzyiq etməlidir.
Miq.az xəbər verir ki, bu barədə "Haqqın.az” "Voll Strit Jurnal” qəzetində dərc olunan məqaləyə istinadən məlumat yayıb.
"Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Bayramov və Mirzoyan arasında sülh sazişinin əldə edilməsində vasitəçilik etmək üçün son danışıqlara ev sahibliyi edib. Bu, Vaşinqtonun vasitəçi rolunun əhəmiyyətli dərəcədə genişlənməsini ifadə edir. Ötən ilin noyabr ayında da Blinken Bayramov və Mirzoyanı qəbul etmişdi. Lakin bu dəfə o, nəinki qonaqlarını salamlayıb, həm də onları bir-biri ilə birbaşa ünsiyyətə sövq edib”, – məqalədə deyilir.
Qeyd olunur ki, Fransa Prezidenti Makron Cənubi Qafqazda diplomatiyaya çox diqqət yetirir, burada onun səyləri açıq şəkildə Azərbaycanın deyil, Ermənistanın xeyrinədir:
"Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımayana qədər məsələ həll olunmayacaq. Amma Ermənistanın Baş naziri Paşinyan belə bir addım atmağa hazır görünmür. İrəvan fikrini dəyişsə, ABŞ və müttəfiqləri Qarabağda ermənilərin rifahını təmin etmək üçün Ermənistan və Bakı ilə əməkdaşlıq edə bilər. Təəssüf ki, Blinken üçün Amerika erməni icmasının senator Menendez və deputat Şiff kimi bir çox nüfuzlu dostları İrəvana bu istiqamətdə təzyiq etməkdən imtina edirlər”.