"Boeing"i rusların vurduğu təsdiqləndi
Niderland Təhlükəsizliq Şurası ötən ilin iyul ayında Donbasda
Malayziyaya məxsus "Boeing" təyyarəsinin necə vurulduğu ilə bağlı
hesabat açıqladı. Komissiyanın rəhbəri və Hollandiya Təhlükəsizlik
Heyətinin sədri Tjibbe Joustra mətbuat konfransında bildirib ki,
təyyarə BUK raketi vasitəsilə vurulub. Raket şərqi Ukraynadakı 320 kv km
ərazidən atılıb və sol tərəfdən təyyarənin önünə dəyib.
Xatırladaq
ki, Amsterdamdan Kuala Lumpura uçan təyyarə 2014-cü ilin 17 iyul
tarixində üsyançıların nəzarət etdiyi şərqi Ukraynada rusiyapərəst
separatçılarla hökumət qüvvələri arasında münaqişənin ən qızğın
vaxtlarında qəzaya uğrayıb.
Qəza nəticəsində göyərtədəki 298 nəfər həlak olub, onlardan 196-ı Hollandiya vətəndaşı olub.