Boksçularımız Qətər rinqində çıxış edəcəklər

Boksçularımız Qətər rinqində çıxış edəcəklər

Bu gün Dohada (Qətər) boks üzrə lisenziyalı dünya çempionatına start veriləcək. Çempionatda gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqələr uğrunda mübarizə gedəcək.

Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, Qətər rinqinə Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Teymur Məmmədov (81 kq) və Əbdülqədir Abdullayev (91 kq) çıxacaq.

Turnirdə 2016-cı il Olimpiya Oyunlarına on çəki dərəcəsində 23 lisenziya uğrunda mübarizə gedəcək: 91 kq və 91 kq-dan artıq çəki dərəcələrinin hərəsində bir lisenziya, 49, 52 və 81 kq çəki dərəcələrinin hərəsində iki lisenziya və 56, 60, 64, 69, 75 kq çəki dərəcələrinin hərəsində üç lisenziya.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az