XXX London Yay Olimpiya Oyunlarının boks yarışında artıq Azərbaycan yığmasının 1 idmançısının medal alması rəsmiləşib.
“Vətəninfo.az” xəbər verir ki, 91 kq çəki dərəcəsində dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov 1/4 finalda belaruslu Sergey Korneyevi məğlub edərək, yarımfinala vəsiqə qazanıb.
İlk raundda rəqibindən daha üstün təsir bağışlayan həmyerlimiz 5 xallıq üstünlük əldə edib – 9:4. Məmmədov 2-ci və 3-cü hissələrdə hakimin xəbərdarlıqları ilə təşəbbüsü əldən versə də (6:9, 4:6), yekunda qələbə qazanıb.
Boksçumuz bu uğura ilk raunddakı gözəl döyüşün nəticəsində nail olub. Belə ki, qarşılaşma 19:19 hesabı ilə heç-heçə bitib. Teymur isə əlavə göstəricilərə görə və hakimlərin rəyinə əsasən qalib elan olunub. Nəticədə, bununla da Məmmədov ən azı bürünc medalı özünə təmin edib. Boksçumuzdan öncə isə Azərbaycan millisi 1 gümüş və 2 bürünc medala sahib olub.
Teymurdan fərqli, Londonda 1/8 finaldan yarışa qoşulan xanım boksçumuz Yelena Vıstropova uduzub. Onun rəqibi Edit Oqoke (Nigeriya) olub. Dünya çempionatında Azərbaycana ilk və yeganə gümüş medalı qazandıran təmsilçimiz ilk 2 hissədə eyni hesabla məğlubiyyətə uğrayıb – 2:4.
Bundan sonra döyüşündə dönüş yaradan Yelena üçüncü raundda xal fərqini 1 endisə də (11:12), yekunda 12:14 hesabı ilə uduzub. Məğlubiyyət isə boksçumuzun Olimpiadaya erkən vida etməsinə səbəb olub.
Qeyd edək ki, Olimpiya Oyunlarında digər boksçumuz Məhəmmədrəsul Məcidov (+91) 1/4 finala görüşünə sabah çıxacaq.
Apasport
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.