Bosniya və Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondu Azərbaycana dəstəyini ifadə edib

Bosniya və Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondu Azərbaycana dəstəyini ifadə edib
Bosniya və Herseqovinanın "Müştərək cəmiyyətlər və dəyərlər” Fondunun rəsmi "Tvitter” səhifəsində Azərbaycana dəstək ifadə olunub.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycanın dövlət bayrağının əks olduğu şəklin üzərində "Biz sizinləyik” yazısı və Azərbaycanda sülhə dəstək həştaqı (#peace #support #Azerbaijan) paylaşılıb.
 
Bosniya və  Herseqovinanın "Müştərək cəmiyyətlər və dəyərlər” Fondu 2014-cü ildə Sarayevoda Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzija tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Z. Lagumdzija bu ilin 10-11 mart tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş IV Qlobal Bakı Forumunda iştirak edib.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az