BSU-ya yeni rektor əvəzi təyin edildi

BSU-ya yeni rektor əvəzi təyin edildi

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin müdir müavini Anar Nağıyev Bakı Slavyan Universitetinə rektor əvəzi təyin olunub.

Axar.az-a daxil olan məlumata görə, Anar Nağıyev 3 ay müddətində BSU-da rektor vəzifəsini icra edəcək. Rektor əvəzi bu gün universitetin kollektivinə təqdim olunacaq.

Qeyd edək ki, BSU-nun əvvəlki rektoru professor Nurlana Əliyeva idi. Prezident İlham Əliyevin iyunun 22-də imzaladığı Sərəncamla Nurlana Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edildi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az