“Bu, Azərbaycan xalqının milli xüsusiyyətidir”

“Bu, Azərbaycan xalqının milli xüsusiyyətidir”

Mehriban və Leyla Əliyevalar Parisdə

Parisdə təşkil edilən sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edib. 

“Qafqazinfo” AzərTac-a sitinadən xəbər verir ki, noyabrın 22-də Parisdəki Mədəniyyət mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən “Azərbaycan - tolerantlıq məkanı” adlı foto sərgisi açılıb. Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı, vitse-prezident Leyla Əliyevanı və qonaqları salamlayıb, “Azərbaycan tolerantlıq məkanı” adlı sərgidə nümayiş etdirilən fotoların müəllifi Reza Deqatinin Azərbaycanın, həmçinin Fransanın böyük dostu olduğunu bildirib. 

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək bildirib ki, müxtəlif dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər boyu dinc yanaşı yaşaması ölkəmizdə möhkəm və sağlam təməllər üzərində qurulmuş və qarşılıqlı hörmətə əsaslanan tolerant cəmiyyət modelinin özünəməxsus və unikal formasının yaranmasına səbəb olub. Leyla Əliyeva qeyd edib ki, multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir və bu gün ölkəmizdə mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin nümayişi məhz Azərbaycan dövlətinin bu milli xüsusiyyətin qoruyub saxlanması, daha da inkişaf etdirilməsi və dünyada təbliği istiqamətindəki ardıcıl və davamlı siyasətinin bariz nümunəsidir. 

Sərgidə Fransanın dövlət və hökumət rəsmləri, UNESCO-nun baş direktoru, Parisin VII rayonunun meri, senatorlar, deputatlar, tanınmış incəsənət ustaları, fransız ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarından ibarət 500 qonaq iştirak edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az