Yerevanla Xankəndi arasında gərgin münasibətlər Qarabağda qarşıdakı "prezident seçkiləri” ilə əlaqəlidir.
Virtualaz.orgxəbər verir ki, belə mövqe ilə erməni politoloq Yervand Bozoyan "Sputnik Armenia” agentliyinə açıqlamasında çıxış edib.
"Təbii ki, Paşinyan hakimiyyətə gələndən sonra güclənməyə çalışır. Seçkilərdən sonra o, parlamentdə çoxluğu əldə etdi. İndi isə məhkəmə hakimiyyəti üzərində nəzarəti ələ keçirməyə çalışır”-Bozoyan deyib.
Politoloq qeyd edib ki, Qarabağ Ermənistanla sıx bağlıdır və Paşinyan üçün qəbuledilməzdir ki, orada onun "tərəfdaşı” olmayan kimsə hakimiyyət başında olsun.
Bozoyanın fikrincə Dağlıq Qarabağdakı rejimlə Ermənistan hakimiyyəti arasında gərgin münasibətlərin nəyə aparıb çıxaracağını təxmin etmək çətindir. Çünki Qarabağda bir-biri ilə mübarizə aparan siyasi qüvvələr Paşinyanla "üzvi bağlara” malik deyil.
Erməni politoloq qeyd edib ki, bir çoxları Paşinyanın adamı kimi Dağlıq Qarabağın keçmiş "baş naziri” Araik Arutyunyanı görürlər. Lakin onun fəaliyyətini və biznes-əlaqələrini nəzərə alanda Qarabağda mənfi reytinqi yüksəkdir.

"Birbaşa tərəfdaşı olmayan Paşinyan Arutyunyan üçün meydanı təmizləməyə çalışır, onun potensial rəqiblərini hədəfə götürür”-Bozoyan qeyd edib.
Politoloqun fikrincə ciddi təhlükə var ki, proses bu cür davam edib dərinləşsə olduqca acınacaqlı nəticələrə gətirib çıxara bilər.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?