Bu il Həcc ziyarəti olacaq? - Açıqlama

Bu il Həcc ziyarəti olacaq? - Açıqlama

Bu il Həcc ziyarətinin baş tutub-tutmayacağı ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələki məlumat verilməyib.

Miq.Az xəbər verir ki, bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər.

Bildirilib ki, Həcc ziyarətinin təşkilinə başlanılması üçün Səudiyyə Ərəbistanından bildiriş gəlməlidir, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir:

"Hələki bu bildiriş gəlməyib. Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən yaxın günlərdə razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür.

Lakin bildiriş aprelin axırına doğru gəlsə, vaxta görə zyarətin təşkil edilməsini çatdırmaq mümkün olmayacaq”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az