Bu il“Best model of world”də iştirak etmirik.

Bu il“Best model of world”də iştirak etmirik.

Bunu Veteninfo.az-a açıqlamasında model Günay Musayevə bildirib ki, ölkəmiz müsabiqədə gələn il təmsil olunacaq: “Bir müddət öncə “Best model of Azerbaijan-2013” Azərbaycanda təşkil edəcəyimi bildirmişdim. Bu məsuliyyətli işi güvənib mənə tapşırdığı üçün Erkan Özermana təşəkkür edirəm.”SS Production” ilə müsabiqəni təşkil etməyi planlayırdıq, lakin bəzi səbəblər və vaxt məhdudluğu olduğu üçün qərara gəldik ki, müsabiqəni bu il yox, gələn il keçirək. Azərbaycan bu ilin dekabr ayında Bolqarıstanda keçiriləcək “Best model of world”də iştirak edə bilməyəcək. Baxmayaraq ki, Azərbaycan müsabiqədə təmsil olunmayacaq, ölkəmizin adı orada səslənəcək. Çünki müsabiqədə yenə münsif kürsüsündə əyləşəcəm və ölkəmi layiqincə təmsil edəcəm. Müsabiqə ilə bağlı sualı olanlar istər telefonla, istərsə də sosial şəbəkələrdə mənə müraciət edə bilərlər. Təmsilçi olaraq sualları cavablandırmağa hazıram. İnşallah, gələn il “Best model of Azerbaijan” təşkil ediləcək və qalib gələcək şəxs “Best model of world”də vəsiqə qazanacaq ”. Model daha sonra 2010-cu ildə onunla birlikdə birinci seçilən finalistə də mesaj göndərib: “2010-cu ildə mənimlə birlikdə birinci seçilən, amma öz səhv addımlarına görə “Best model of world”ə vəsiqə qazana bilməyən kişi finalist (adını çəkmək istəmirəm) hələ də sakitləşməyib, tez-tez “Best model of world”ün koordinatoru Silvester Lolovu həm özü, həm dostları zəng edib narahat edir, hətta Özermanın İstanbuldakı ofisinə gedərək müsabiqəyə yenidən qatılmaq istədiyini bildirib. Onun nəzərinə çatdırmaq istəyirəm ki, üç il əvvəl müsabiqədə qalib gəlibsə, bu il iştirak etməyi nə qanuni cəhətdən, nə də üslubən doğru deyil. Sakitləşsin və Azərbaycanda yarışma keçiriləcəyi günü gözləsin və şansını təkrar yoxlasın”.

Veteninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az