Bu məhsullar sizin böyrəklərinizi təmizləməyə imkan verir - SİYAHI

Bu məhsullar sizin böyrəklərinizi təmizləməyə imkan verir - SİYAHI

Son yarım əsrdə insanın həyat tərzi kökündən dəyişmişdir. Rahatlıq artsa da, həyatın keyfiyyəti aşağı düşmüşdür. Ətraf mühitin çirklənməsi bizim qidalarımızda toksinlərin miqdarının artması deməkdir. Orqanizmi formada saxlamaq üçün böyrəklərin sağlamlığına diqqət yetirmək çox vacibdir.
 
Oz qida rasionunuza aşağıdakı 10 adda məhsulu əlavə etsəniz, sizin böyrəkləriniz həmişə sağlam olacaqdır.
 
Miq.az xəbər verir ki, bu barədə healthinfo.ua internet-portal yazır.
 
1.Kərəviz.
 
Kərəviz sidikqovucu təsirə malikdir. Sidik ifrazını stimullaşdıraraq, orqanizmdən şlakların çıxarılmasına kömək edir.
 
Bundan başqa, onun tərkibində böyrəklərin normal fəaliyyət göstərməsi üçün qida maddələri vardır. Kərəvizdən müntəzəm istifadə edilməsi sizi böyrək daşlarından və infeksiyadan qoruyacaqdır.
 
2.Qarğıdalı saçaqları.
 
Qarğıdalı saçaqlarından sidik kisəsi infeksiyaları, böyrək daşları və sidik yolları xəstəliklərində istifadə edilir.
 
Özünün sidikqovucu xüsusiyyətlərinə görə onlar böyrəklərdən şlakların və mayelərin çıxarılmasını sürətləndirir.
 
3.Zəncirotu kökü.
 
Bir tədqiqatın nəticələrinə görə, zəncirotu kökü sidikqovucu təsirə malik olub, sidik ifrazını gücləndirir. Nəticədə böyrəklərin və qaraciyərin təmizlənməsi baş verir.
 
Bundan əlavə, zəncirotu sidik yollarının ödemini və qıcıqlanmalarını aradan qaldırır.
 
4.Zəncəfil.
 
Zəncəfil böyrəklərin təmizlənməsi üçün səmərəli vasitədir. O, zərərli toksinlərin böyrəklərdən çıxarılmasına kömək edir və həzmi yaxşılaşdırır.
 
Zəncəfil həm də qaraciyərin təmizlənməsi üçün də gərəklidir.
 
5.Qatırquyruğu.
 
Qatırquyruğu sidikqovucu xüsusiyyətləri olan bitkidir. O, sidik ifrazını stimullaşdırır, orqanizmdən şlakların çıxarılmasını sürətləndirir.
 
Özünün antioksidləşdirici xüsusiyyətlərinə görə qatırquyruğu böyrəklərin ümumi sağlamlığı üçün də faydalıdır.
 
6.Əməkömənçi.
 
Əməkömənçi güclü sidikqovucu təsirə malikdir. O, böyrəkləri təmizləyir və onların sağlamlığına kömək edir.
 
Bundan əlavə, əməkömənçi böyrək, sidik yolları və sidik kisəsi infeksiyalarında kömək edir. Əməkömənçi hamilə qadınlara, südverən qadınlara və diabetiklərə tövsiyə edilmir.
 
7.Cəfəri.
 
Cəfəri səmərəli və təbii sidikqovucu vasitədir, böyrəkləri toksinlərdən təmizləyir. O, sidiyin və onunla birlikdə
bakteriyalar və mikrobların yuyulub çıxarılmasını stimullaşdırır.
 
Özünün sidikqovucu xüsusiyyətinə görə cəfəri tərkibində olan apiol və miristisin maddələrinə borcludur. Hamilə qadınlar cəfəridən istifadə etməməlidir.
 
8. İkievli gicitkən.
 
İkievli gicitkən böyrəkləri tımizləməyin daha bir yaxşı üsuludur. O, sidikqovucu təsirə malik olub, orqanizmin həyati fəaliyyətinin tullantılarının çıxarılmasını stimullaşdırır.
 
Bundan əlavə, kristal daşların yaranmasının qarşısını alır və böyrəkləri infeksiyalardan qoruyur.
 
9.Sarıkök.
 
Sarıkök özünün təmizləyici təsiri ilə məhşur olan ədviyyatdır. O, böyrəkləri təmizləyir, qaraciyərdən toksinləri çıxarır və qanı təmizləyir.
 
Bundan əlavə, sarıkök iltihabəleyhinə təsirə malikdir, böyrək infeksiyalarının həm profilaktikası, həm də müalicəsi üçün faydalıdır.
 
10.Adi ayıqulağı.
 
Adi ayıqulağı sidikqovucu təsirə malikdir və böyrək infeksiyalarında kömək edir. Onun sidikqovucu təsiri onunla izah edilir ki, tərkibində arbutin adlanan fenol qlikozid var. Onun büzücü təsirinə görə böyrəklərdən toksinlər və zərərli maddələr çıxarılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az