Bu, Rusiyanın müharibə cinayətlərini sübut edir - Zelenski

Bu, Rusiyanın müharibə cinayətlərini sübut edir - Zelenski

Bizim gizli kəşfiyyat xidmətimizdə rus əsgərlərin səs yazıları mövcuddur.

Bu da Rusiyanın müharibə cinayətlərini sübut edir.

Miq.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın CBS telekanalına açıqlamasında deyib.

O bildirib ki, ailələri ilə danışan rus hərbçilər törətdikləri cinayətləri etiraf edirlər:

"Onlar nə oğurladıqlarını, kimləri qaçırdıqlarını danışırlar. Bundan başqa, hərbi əsirlərin insanları öldürdüklərini etiraf edən qeydləri də var. Həmçinin, həbsxanada saxlanılan rus pilotların üzərində bombalanacaq mülki hədəflərin xəritələri də çıxdı”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az