Bu şəkillər hər şeyi deyir – Korotçenkonun baxışı

Bu şəkillər hər şeyi deyir – Korotçenkonun baxışı
Putin Paşinyanın başı üzərində çətir açdı: simvolik mənası göz qabağındadır. Ermənistan bir ölkə kimi hər dəfə kiminsə altına "dalır”. Bu gün Rusiyanın, sabah Fransanın və ya ABŞ-ın altına... Və Ermənistana hər an xəyanət edirlər.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert, "Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya lideri Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyanla Soçidə görüşü zamanı "Putinin çətiri altında” çəkilən fotonu paylaşaraq qeyd edib.

Korotçenko Putinlə İlham Əliyevin bugünkü görüşdən fotosunu da paylaşıb və bunun da simvol olduğunu bildirib:

"Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü. İki tam suveren dövlətin iki müstəqil rəhbəri. Hər biri – öz çətirinin altında”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az