"Bu sualların cavabını versin" - Ərdoğandan ABŞ-a çağırış


ABŞ əfqan miqrantlarla bağlı daha çox şey etməlidir. ABŞ niyə 20 ildir Əfqanıstandadır?! Əvvəlcə özü üçün bu sualların cavabını verməlidir.

Miq.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın CBS telekanalına müsahibəsində deyib.

Əfqan miqrantların məsuliyyətinə dair sualı cavablandıran Türkiyə prezidenti qeyd edib ki, hazırda ABŞ öhdəliklərini yerinə yetirmir: "Bizim ölkəmizdə hazırda qeydiyyatdankənar 300 mindən artıq əfqan miqrant var. Türkiyənin daha çox əqfan miqrant qəbul etməyə gücü çatmaz".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az