Bu yollarda buzlaşma var — SİYAHI

Bu yollarda buzlaşma var — SİYAHI
"Azərbaycanın bütün avtombil yolları nəqliyyatın hərəkəti üçün açıqdır"

Miq.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, hazırda Bakı-Şamaxı-Yevlax, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Zaqatala-Balakən, Quba-Qusar yollarına və Ağsu aşırımına qar yağır: "Həmin yollarda buzlaşma müşahidə edilsə də, nəqliyyatın hərəkətində məhdudiyyət yaranmayıb. Yollar nəqliyyatın hərəkəti üçün açıqdır. Lakin bununla belə, qarlı və buzlu yollardan istifadə edən sürücülərdən ehtiyatlı olmaları xahiş olunur. Texniki cəhətdən nasaz olan və qış mövsümünə uyğun şinləri olmayan avtomobil sahibləri yola çıxmasınlar”.
 
K. Əliyev əlavə edib ki, ötən gün ölkənin avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Ölümlə nəticələnən yol qəzalarından ikisi hava şəraiti ilə bağlı olub.
 

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az