"Bülənt Ərsoy" öldü - FOTO

Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyun bənzəri dünyasını dəyişib.

 

ANS PRESS-in məlumatına görə, müğənniyə bənzərliyi ilə diqqət çəkən İtaliyanın məşhur sirk ustası və aktrisası Moira Orfei ölüb. Ölkəsində "sirklər kraliçası” adlandırılan Moira 84 yaşında həyatla vidalaşıb.

 

Onun atası Rikardo Orfeinin 1965-ci ildə əsasını qoyduğu məşhur "Moira Orfei" sirki "Qızıl kloun mükafatı” alan ilk sirk olub. Moira dünyanın bir çox ölkəsinə qastrol səfərləri edib. O, özünü aktrisa kimi də sınayıb. 40-dan çox komediya filmində çəkilib.

 
 

Moira Orfei

 

Məşhur türk sənətçisi Bülent Ərsoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məhşurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişib. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başlayıb.


 

Bülənt Ərsoy


1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan bu müğənni indi də məhşur ifaçılar siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəyib. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ərsoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az