Bütün ərazilərdə hava həyəcanı: Rusiya MiQ-31-ləri qaldırdı
Bu gün səhər saatlarında Ukraynanın bütün bölgələrində hava xəbərdarlığı elan edilib.
Publika.az UNİAN-a istinadla xəbər verir ki, Rusiya qırıcılarının, xüsusən də "Xəncər”lərin daşıyıcısı olan MiQ-31-lərin havaya qalxdığı bildirilir.
Hava siqnalları xəritəsi
Hava həyəcanı ölkənin şərq və cənubunda, eləcə də qərb və şimalında elan edilib. Tezliklə Volın vilayəti də "siren”lərə qoşulub. Krım və Donetsk və Luqansk bölgələrində də hava xəbərdarlığı elan edilib.
Həyəcan siqnalının verilməsi Rusiya tərəfindən raket zərbələri təhlükəsi deməkdir.
"Belarusian Gayun” xəbər verir ki, Rusiya qırıcıları, MiQ-31 ("Xəncər” hipersəs raketlərinin daşıyıcısı) və İl-76 A-50U "Sergei Atayants” uzaqmənzilli radar müşahidə təyyarəsi Belarus üzərindən havaya qalxıb.
Miq.Az