Cəbhədə tutulan erməni qadın: “Bəxtim gətirdi…”

Cəbhədə tutulan erməni qadın: “Bəxtim gətirdi…”

 

Noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini olan erməni qadın Azərbaycandakı məcaralarından danışıb.

VİZUAL.az xəbər verir ki, ANS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Koti kəndinin sakini olan 76 yaşlı Lusik Abovyan İcevan şəhər xəstəxanasına yerləşdirilib.

Yaşlı qadın Azərbaycanda ona hər bir şərait yaradıldığını, hər şeylə təmin edildiyini deyib. Lakin o yemək yeməkdən imtina edib. Qadın sağlamlığı ilə də bağlı heç bir problem yaşanmadığını qeyd edib.

Lusik Abovyan noyabrın 8-də dumanda azaraq Azərbaycan tərəfə keçdiyini deyib. "Bəxtim gətirdi ki, heç kim atəş açmadı".

Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini olan erməni qadın dünən geri qaytarılıb. Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiynının keçirilməsinə yardımçı olub.

1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozub. İlkin ehtimala görə, qadın müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.

 


 

Saxlanılan Ermənistan Respublikasının vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılıb.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az