Cəlilabadda maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın etdi

Cəlilabadda maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın etdi
Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın olub.

Hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd ərazisində "Al-petrol" yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib. İstəyinə nail ola bilməyən şəxs qaçaraq hadisə yerini tərk edib.
Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (report)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az