“Ceyhun Mirzəyevin qızına məmnuniyyətlə kömək edərdik, amma...”

“Ceyhun Mirzəyevin qızına məmnuniyyətlə kömək edərdik, amma...”
"Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, kinorejissor Ayaz Salayevin "Yeni Sabah"a müsahibəsi:

- Ən azı postsovet ölkələrində bir çox tanınmış kinoaktyor sülalələri mövcuddur. Ekranda kino qəhrəmanlarını canlandırmış bu şəxslərin övladları, hətta nəvələri xalq və əməkdar artistlərin sənət yolunu uğurla davam etdirirlər. Lakin Azərbaycanda Nəsibə Zeynalova-Cahangir Novruzov timsalından başqa bu cür davamlılığı görmək mümükün deyil. Sizcə, niyə ölkəmizdə oxşar kino və ya teatr sülülələri yoxdur?  

- Bu elə bir sualdır ki, onu bir neçə cümlə ilə ifadə etmək olmur. Mən çox qısa və ümumi cavab verə bilərəm. Bu, kino sənətinə yanaşmadan irəli gəlir. Əgər film çəkilişi zamanı rejissor qarşısına yüksək məqsədlər qoyursa və filmlər bu qayda ilə çəkilsə, təbii ki, aktyorlar da yetişəcək. 

- Mərhum Siyavuş Aslanın narkoman oğlu Çingiz Aslan, mərhum Ceyhun Mirzəyevin "bomj” qızı Cəmilə Mİrzəyeva... Bu şəxslərlə bağlı aşlanan fikir budur ki, cəmiyyət olaraq valideynlərinə görə onlara mütləq əl tutmalı, şəfqət göstərməliyik. Doğurdanmı valideynlərinin şöhrəti, tituluna görə onlar  yazığımız gəlməlidir?

- Biz ona məmnuniyyətlə kömək edərik. Lakin eşitdiyimə görə, o, heç kimi yaxın buraxmır. Mən belə eşitmişəm.

Həmişə dövlət səviyyəsində də, Dövlət Film Fondu da belə şəxslərə köməlik olunub. Sadəcə bu həmin xanımın şəxsi istəyidir və heç kimi yaxın buraxmır. Başqa hallar var ki, bu kimi şəxslər tapılırdı, Bakıya gətirilirdi, yaxud yardım göstərilirdi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az