DADP sədrinin yazısı Türkiyə və İran mətbuatında

DADP sədrinin yazısı Türkiyə və İran mətbuatında

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyevanın 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı yazısı Türkiyənin (haberhergun.com) və İranın (qafqaz.ir)  tanınmış saytlarında dərc edilib. 

Partiya sədri yazısında bir sıra tarixi faktlara əsaslanaraq azərbaycanlılara qarşı iki əsr davam edən soyqırımın düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində həyata keçirildiyini qeyd edib. DADP sədri yazısında qeyd edib ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır – onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və oborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi…



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az