Koreyanın Jeju şəhərində qadınlar arasında boks üzrə dünya çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün rinqə çıxan 3 boksçumuzdan ikisi qələbə qazanıb. 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova Meksika təmsilçisi Sosa Paredes Denia Karinanı məğlub edib. Milli komandamızın üzvü 1/8 finalda irlandiyalı Mikaela Volşla üz-üzə gələcək.
Yana Alekseyeva (60 kq) dünya çempionatında ikinci görüşünü də qələbə ilə başa vurub. Boksçumuz bu dəfə Almaniya nümayəndəsi Taşenaa Buqarı mübarizədən kənarlaşdırıb. Alekseyeva 1/8 finalda Ukrayna idmançısı Yuliya Tsiplakova ilə qarşılaşacaq.
48 kq çəki dərəcəsində çıxış edən Əzizə Abbasova isə ilk görüşdə rusiyalı Zoya İsayevaya uduzaraq, dünya çempionatından kənarda qalıb.
Qeyd edək ki, Əlimərdanova və Alekseyevadan qabaq Yelena Vıstropova da 1/8 finala vəsiqə əldə etmişdi. Dünya çempionatına noyabrın 24-də yekun vurulacaq.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib