Daha bir azərbaycanlı nazir oğlunun ABŞ-da milyonluq mənzili - SƏNƏD-FOTO

Daha bir azərbaycanlı nazir oğlunun ABŞ-da milyonluq mənzili - SƏNƏD-FOTO

Oğlu Riyad Nyu-Yorkda həmin göydələndə yaşayır... 

Xarici işlər naziri Elman Məmməyarovun 31 yaşlı oğlu Emin Məmmədyarovun ABŞ-da bahalı mənzil aldığı üzə çıxıb.

Miq.Az xəbər verir ki, bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Facebook səhifəsində yazıb: "Xarici işlər naziri Elman Məmməyarovun 31 yaşlı oğlu Emin Məmmədyarov 2015-ci ilin iyulunda Nyu Yorkun Manhetten səmtində, Linkoln meydanı yaxınlığında sahəsi 118,45 kvadrat metr (1275 kvadrat fut) olan mənzil alıb. 

Bunun üçün o, mənzilə 2 050 000.00 dollar ödəyib. Mənzil Nyu Yorkun Riverside Boulevard 120 ünvanındakı elitar binadadır və nazirin oğluna Fox Ledge LLC əmlak şirkəti tərəfindən satılıb. Mənzilin 2009-cu ildə dəyəri 1 792 000.00 dollar olub.


Elmar Məmmədyarovun digər oğlu Riyad Məmmədyarov da Nyu Yorkda, 189 W 89th St #12D ünvanındakı göydələnlərin birində yaşayır. Nazirin xanımı Kamilə Məmmədyarova da ilin əsas hissəsini ABŞ-da oğlanlarının yanında keçirir və Riyad Məmmədyarovun yaşadığı mənzildə müvəqqəti qeydiyyatdadır".



Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az