Dəhşət: 13 yaşlı qızı qaçırdılar

Dəhşət: 13 yaşlı qızı qaçırdılar
Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Orada yaşayan 2002-ci il təvəllüdlü H.H. naməlum şəxs tərəfindən "VAZ-2107” markalı avtomobillə qaçırılıb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən  faktı təsdiqləyiblər. Bildirilib ki, bu barədə polisə qaçırılan qızın anası Ə.H. məlumat verib. Anası polisə verdiyi şikayət ərazisində 13 yaşlı qızının evlənmək məqsədi ilə qaçırıldığını və hüquq-mühafizə orqanlarından qızın tapılaraq evinə qaytarılmasında yardımçı olmalarını xahiş edib.
Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir. (apa)

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az