Denge virusu 25 nəfərin həyatına son qoyub - Tayvanda

Denge virusu 25 nəfərin həyatına son qoyub - Tayvanda

Tayvanda tropik denge virusu yayılmaqda davam edir. Virus artıq 25 nəfərin həyatına son qoyub. Ağcaqanadlar vasitəsi ilə yayılan infeksiyaya yoluxanların ümumi sayı artıq 10 min nəfəri keçib.

AZRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, epidemioloji cəhətdən ən mürəkkəb vəziyyət ölkənin cənub-qərbində yerləşən Taynan əyalətində və iri liman şəhəri Qaosyunda qeydə alınıb.

Denge xəstəliyi ağcaqanadlar vasitəsi ilə yayılan virus infeksiyasıdır. Əsasən tropik və subtropik regionlarda müşahidə edilir. Yüksək hərarət, ürəkbulanma, səpki, baş və bel ağrıları xəstəliyin əsas simptomlarıdır. Bəzi hallarda damarların dağılması səbəbi ilə güclü daxili qanaxmalarla müşayiət olunur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az