"Bu günə qədər ancaq dövlət sifarişi əsasında oxuyan tələbələr təqaüd alırdı. Ancaq bundan sonra ödənişli əsaslarla təhsil alanlar da təqaüd alacaq. Bu da həm dövlət, həm də özəl ali təhsil müəssisələrinə aiddir".
Vizual.az "Report"a istinadən xəbər verir ki, bunu noyabrın 11-də keçirdiyi mətbuat konfransında Təhsil Nazirliyinin Elm və təhsil şöbəsinin tələbələrə dəstək və mübadilə proqramları sektorunun müdiri Sülhəddin Gözəlov deyib.
Prezident İlham Əliyevin noyabrın 10-da imzaladığı "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncamında dəyişikliklər edilməsi barədə sərəncamında nəzərdə tutulan məsələlərə toxunun sektor müdiri bildirib ki, tələbələr 2014-2015-ci tədris ilinin I semestrdən sonra təqaüd ala biləcəklər:
"Təqaüdlərin həddi müəyyənləşib. İxtisas üzrə oxuyanların hansı bala uyğun akademik nəticə göstərməsinə görə təqaüdlərin həcmi bəllidir. Təbii ki, aşağı nəticə göstərən tələbələr onsuzda heç bir təqaüd almırdı. Bundan sonra da nəticə belə olacaq".
Nazirliyin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov isə deyib ki, yalnız TQDK-nın keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək dövlət sifarişi əsasında oxuyan tələbələr I semestrdə təqaüdlərini alacaqlar:
"Digər tələbələr isə I semestrdən sonra yeni qaydalar əsasında təqüdlərini ala biləcəklər".
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?