Deputat Azərbaycanda “ərəb baharı” təhlükəsi haqda: “Hər axşam xaricdən naməlum zənglər gəlir…”

Deputat Azərbaycanda “ərəb baharı” təhlükəsi haqda: “Hər axşam xaricdən naməlum zənglər gəlir…”
"Azərbaycanda mobil rabitə ilə bağlı çox ciddi problemlər yaranır. Mənim telefonuma hər axşam xarici ölkələrdən naməlum zənglər gəlir”. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O, "Ərəb baharı”nda da belə halların baş verdiyini xatırladıb: "O zaman müxtəlif adamların telefonlarına zəng gəlirdi, sonra kəsilirdi. Bu, yoxlanışdır, bir imtahandır. Milli Məclis rəhbərliyindən xahiş edirəm, bu məsələ araşdırılsın”. (Report)

Miq.Az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az