Deputat bağçalara rəhbər təyinatından DANIŞDI — "Bu, yolverilməzdir"

Deputat bağçalara rəhbər təyinatından DANIŞDI —

Uşaqlara şiddət yolverilməzdir və belə hallar hamımızı təəssüfləndirir. Belə halların bağçalarda baş verməsi daha çox narahatlıq yaradır, çünki biz uşaqlarımızı ora etibar edirik. Bu hadisələrin baş verməsinin səbəbi həmin bağçaların rəhbərliyinin yerində olmaması, səriştəsizliyidir. Uşaq tərbiyəsi ilə məşğul olan hər bir kəs öz məsuliyyətini dərk etməlidir. Amma bəziləri elə bilir ki, bu yolla uşaqları sakitləşdirmək, ələ almaq, tabe etmək mümkündür".

Bunu Demokrat.az-a açıqlamasında deputat Tahir Rzayev deyib. O bildirib ki, görülən müsbət işlərlə bərabər qeyd etmək lazımdır ki, bağçalardakı vəziyyət narahatlıq doğurur:

"Çünki bağçalara rəhbər təyin edilərkən tələskənliyə yol verilir, lazımi kadrlar iş başına gətirilmir. Bir sıra hallarda səriştəsiz, bu sahə ilə əlaqəsi olmayan adamların rəhbərliyə gətirilməsi belə halların yaranmasına səbəb olur".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az