Deputat: Qulluqçu nə qədər maaş alır ki, onun 20 manatını da vergi ödəsin?

Deputat: Qulluqçu nə qədər maaş alır ki, onun 20 manatını da vergi ödəsin?
Millət vəkili Fərəc Quliyev Azərbaycanda bir sıra fəaliyyət növləri üzrə çalışanların sadələşdirilmiş vergiyə cəlb olunmasına etiraz edib.

Miq.az  "Qafqazinfo”-ya istinadən xəbər verir ki, deputat Milli Məclisdə bildirib ki, ev qulluqçuları, xəstələrə baxanlar üçün sadələşdirilmiş vergi 20 manat həcmində müəyyən olunub: 

"Bu adamlar nə qədər məvacib alır ki, onun 20 manatını da vergi versin?! Ölkədə yaşayış minimumu 116 manatdır. Bir ailədə 3 nəfər olarsa, onlar birlikdə 400 manata qədər pul almalıdırlar ki, acından ölməsinlər. İndi onların içərisində bir nəfər də təmizlik ilə məşğul olarsa, ona bu verginin tətbiq olunması nə qədər doğru məsələdir? Ya dövlət yaşayış minimumuna uyğun olaraq həmin 3 nəfərin 400 manatını hansısa formada təmin etməlidir, ya da 400 manatdan çox vəsait alırsa, o zaman 10 manat əmsalında vergiyə cəlb oluna bilər”.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az