Deputat Ziya Məmmədovun nazirliyini ittiham etdi- Dilənçilər

Deputat Ziya Məmmədovun nazirliyini ittiham etdi- Dilənçilər
Milli Məclisin bu gün keçirilən iclasında deputat Çingiz Qənizadə növbəti dəfə Nəqliyyat Nazirliyinin ünvanına tənqidi fikirlər səsləndirib.

Deputat lisenziyalarının ləğvi və ya ASAN-Xidmətə verilməsi ilə bağlı ölkə prezidentinin qərarının cəmiyyətdə alqışlandığını bildirib.
Bununla belə, qeyd edib ki, Nəqliyyat Nazirliyi sistemində hələ də köhnə streotiplər qalmaqdadır.

Ç.Qənizadə buna misal olaraq avtomobilərə fərqlənmə nişanının hələ də pulla satılmasını göstərib:

"Əvvələr "fərqlənmə nişanı üçün 50 manat alırdılar. İndi bu ləğv olunub. Amma bu nazirlikdə yenə dilənçilik edirlər, Fərqlənmə nişanını 20 manata satırlar. Bu əməllərə son qoymağın vaxtı çatıb”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az