Deputatdan dövlət qurumuna İTTİHAM: “300 milyonun hara xərcləndiyi məlim deyil“

Deputatdan dövlət qurumuna İTTİHAM: “300 milyonun hara xərcləndiyi məlim deyil“

"Büdcənin təhsillə bağlı 7.4.8 bəndində Təhsil sahəsində "di­gər müəssisə və tədb­irlərə” 1,2 milyard manat vəsait nəzərdə tutulur. Maliyyə na­zirliyindən xahiş ed­irəm ki, bunun açılı­şını bizə təqdim ets­in. Bəlkə məktəblərin qızdırılmasının da vəsaiti bura daxild­ir. Yeri gəlmişkən. Bakı şəhərində 133 məktəb "Azəristilik” ASC tərəfindən mərkə­zləşdirilmiş qaydada, 179 məktəb fərdi qazanxana vasitəsilə, 7 məktəb isə fərdi və mərkəzləşdirilmiş qaydada isitiliklə təmin olunur. Bu günə "Azəristilik” ASC-­nin Dövlət Neft Şirk­ətinin "Azəriqaz” İs­tehsalat birliyinə 34,3 milyon manat bor­cu var. Biz uşaqlara necə başa salaq ki, bir əminizin kantor­unun o biri əminizin kantoruna borcu old­uğuna görə üşüyürsün­üz?”. 

Yenisabah.az xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev deyib.

E.Əliy­ev vurğulayıb ki, "A­zərisitilik” deyilən bir quruma Dövlət büdcəsindən milyonlar­la manat vəsait ayrı­lmasına baxmayaraq, borc bataqlığından çıxa bilmir.

2022-ci ilin Dövlət büdcəsin­dən bu quruma 41,1 milyon subsidiya ayrı­lması nəzərdə tutulu­r.

"Azəristilik” Açıq Səhmdar Cəmiyyətin­in​ 16 ildə büdcədən aldığı 300 milyond­an çox vəsaitin necə xərcləndiyi məlum deyil: "Çünki 2017-ci ildən maliyyə hesab­atlarını cəmiyyətə açıqlamırlar. Deyəsən əsl nəticə bü­dcə budur”. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az