Deputatımızın möhtəşəm "qələbəsi": Popkorn satan qızı ordan qovdular

Deputatımızın möhtəşəm

Deputat Rasim Musabəyov popkorn satan uşaqla bağlı statusuna görə onu tənqid edənlərə cavab verib.

R. Musabəyov bildirib ki, kim istəyirsə tənqid edib irad tuta bilər: "Bu, insanların öz fikridir. Ancaq tam əksəriyyət mövqeyimi dəstəklədi. 100 nəfərə yaxın şəxs statusumu paylaşdı. Həmin statusdan sonra 200 nəfər izləyicim əlavə olundu. 100 nəfər isə dostluq müraciəti göndərdi. İnsanlar bir az fərqli düşünür. Əsas odur ki, o popkornu oradan yığışdırdılar”.

R. Musabəyov həmçinin statusunu rus dilində yazmasına görə tənqid edilməsinə də münasibət bildirib.

O qeyd edib ki, dostluğunda olan şəxslərin əksəriyyəti rusdillidir: "Azərbaycanca yazanda reaksiya çox az olur, rus dilində yazanda isə reaksiyalar artır. Bu statusdur, burada nəsə axtarmağa dəyməz. Qanun layihəsidir bu?!”. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az