Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür

Dilçilik İnstitutunun direktoru:
Dilin öz normaları, öz qaydaları var və Orfoqrafiya lüğəti də bu qaydalar əsasında hazırlanır.

 

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli akademik Nizami Cəfərovun fikirlərinə münasibət bildirərkən deyib.

 

Nadir Məmmədlinin sözlərinə görə, akademik Nizami Cəfərov təklif etdiyi sözlərin Orfoqrafiya lüğətinə salınmasını nəzərdə tutmayıb: "Ola bilsin ki, onun fikirləri təhrif edilib, kontekstdən çıxarılıb, bəlkə də akademik həmin sözlər üçün ayrı bir lüğətin yaradılmasını təklif edib. Biz də bu təkliflə razılaşıb, Nizami Cəfərovla həmin lüğətin tətbiqində əməkdaşlıq edə bilərik. Hazırda yeni Orfoqrafiya lüğəti hazırlanır. Ancaq həmin sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür”.

 

Qeyd edək ki, akademik Nizami Cəfərov mediaya açıqlamasında deyib ki, "Vopşe", "tak çto", "znaçit" kimi sözləri lüğətimizə daxil etməliyik./APA


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az