Dini tarix və mədəniyyət abidələrinin bərpasına 3 mln. manat ayrılıb

Dini tarix və mədəniyyət abidələrinin bərpasına 3 mln. manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev dini tarix və mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Vətəninfo.az  xəbər verir ki, sənədə əsasən, ölkədə dini tarix və mədəniyyət abidələrinin bərpasını təmin etmək məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırığı verilib.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az